Türkiyədə zəlzələ baş verib

10:27 26 Aprel 2024

Türkiyənin İzmir vilayətində yenidən zəlzələ qeydə alınıb.

Sitat.info xəbər verir ki, bu barədə AFAD-ın rəsmi internet səhifəsində məlumat yayılıb.

Bildirilib ki, vilayətin Karaburun rayonunda baş verən yeraltı təkan Rixter şkalası üzrə 3.1 ballıq maqnituda ilə qiymətləndirilib.

Ocağı yerin 25.3 kilometr dərinliyində yerləşən zəlzələdən sonra itki və dağıntılar barədə məlumat verilməyib.



Xəbər xətti