Zelenski Dəstək Qüvvələrinin komandanını vəzifəsindən azad edib

21:21 26 Aprel 2024

Ukrayna prezidenti Volodimir Zelenski Ukrayna Silahlı Qüvvələrinin Dəstək Qüvvələrinin komandanı Aleksandr Yakovetsi vəzifəsindən azad edib.

Sitat.info xəbər verir ki, Ukrayna Prezident Aparatının saytında dərc olunan sərəncamda bildirilir ki, Zelenskinin qərarı ilə vəzifəsindən azad edilən Ukrayna Silahlı Qüvvələrinin Dəstək Qüvvələrinin komandanı Aleksandr Yakovets Dövlət Nəqliyyat Xidməti İdarəsinin xüsusi təyinatlı başçısı təyin edilib.

Qeyd edək ki, Zelenski Yakovetsi 2024-cü ilin martında Silahlı Qüvvələrə Dəstək Qüvvələrinin komandanı təyin edib.

Yakovetsin yerinə kimin gələcəyi hələlik açıqlanmayıb.

Kənan Yusif 

Sitat.info



Xəbər xətti