Rusiya: Gələcəkdə Avropa ilə yeni təməllər üzərində əlaqələr quracağıq

21:24 26 Aprel 2024

Kremlin sözçüsü Dmitriy Peskov, gələcəkdə Avropa ölkələri ilə yeni təməllər üzərində əlaqələr quracaqlarını ifadə edərək deyib: "Hər halda avropalılarla necə bir yerdə yaşayacağımızı razılaşdırmalıyıq. Aydındır ki, bu razılaşmalar yeni münasibətlər forması əsasında olacaq.

Sitat.info xəbər verir ki, Peskov paytaxt Moskvada aktual mövzularla bağlı jurnalistlərə açıqlama verib.

Avropa Parlamentinin (AP) Rusiyada mart ayında keçirilmiş prezident seçkilərinin nəticələrini tanımamaq qərarını dəyərləndirən Peskov deyib: Bu, nəzərdən keçirəcəyimiz bir qərar deyil. AP uzun müddətdir ki, sabit və ardıcıl mövqe nümayiş etdirir. AP Rusiyaya düşməndir”.

Kənan Yusif 

Sitat.info



Xəbər xətti