İsrail KİV: Təl-Əviv, danışıqlarda irəliləyiş əldə olunmasa, Rafaha hücum edəcəyini bildirdi

21:34 26 Aprel 2024

İsrail hökuməti Misir tərəfinə HƏMAS ilə əsir mübadiləsi danışıqlarına “son şans verməyə hazırdır” mesajını verib, lakin danışıqlarda irəliləyiş əldə olunmasa, qurudan Eəfah üzərinə hücuma keçəcək.

Sitat.info xəbər verir ki, İsrailin Yediot Ahronot qəzetinin xəbərinə görə, Qəzza zolağında əsir mübadiləsi və atəşkəs danışıqları çərçivəsində Misir və İsrail rəsmilərinin Tel-Əviv və Həmas arasında görüşdüyü bildirilib.

Qeyd edilib ki, görüşdən sonra adı açıqlanmayan İsrail rəsmisi yerli mətbuata görüşlə bağlı qiymətləndirmələr edib.

İsrail rəsmisi deyib ki, HƏMAS ilə danışıqlarda heç bir irəliləyiş əldə olunmazsa, Rəfaha hücum ediləcək.

Kənan Yusif 

Sitat.info



Xəbər xətti