İspaniya Ukraynaya “Patriot” raketləri verir

10:39 27 Aprel 2024

İspaniya Müdafiə Nazirliyi Ukraynaya “Patriot” raketləri, həmçinin zirehli texnika və “Leopard” tanklarının göndərilməsini təsdiqləyib.

Sitat.info xəbər verir ki, bu barədə nazirliyin saytında dərc olunan xəbərdə deyilir.

İspaniyanın müdafiə naziri Marqarita Roblesin sözlərinə görə, “Patriot” raketləri dörd gün ərzində göndərilməlidir.

Robles əlavə edib ki, yaxın bir neçə ayda 155 və 120 millimetrlik sursatların tədarükü də planlaşdırılır.



Xəbər xətti