Husilər ABŞ-nin PUA-sını vurdu

14:01 27 Aprel 2024

ABŞ Hərbi Hava Qüvvələrinə məxsus MQ-9 Reaper pilotsuz təyyarəsi Yəməndə vurulub.

Sitat.info xəbər verir ki, bu barədə “CBS News” məlumat yayıb.

Xəsarət alanın olmadığı bildirilib.

Vurulan pilotsuz təyyarəyə görə məsuliyyəti Yəmən husilərinin öz üzərinə götürdüyü vurğulanır.

Nəşr qeyd edib ki, noyabr ayından bəri husilər daha iki MQ-9-u vurub. Konqresin Tədqiqat Xidmətinə görə, hər bir dronun qiyməti təxminən 30 milyon dollardır.



Xəbər xətti