Zəngəzurda İrana məxsus avtobus aşıb - ÖLƏN və yaralananlar var

19:40 27 Aprel 2024

Zəngəzurda İrana məxsus avtobus qəzaya uğrayıb, ölənlər və yaralananlar var.

Sitat.info xəbər verir ki, hadisə Ermənistanın Qərbi Zəngəzur vilayətinin Verin Xotanan kəndi yaxınlığında qeydə alınıb.

Hadisə yerinə əməliyyat qrupu və iki döyüş-xilasetmə briqadası cəlb olunub.

İlkin məlumata görə, 3 nəfər ölüb, daha 6 nəfər yaralanıb.

Avtobusun İrandan gəldiyi bildirilir.



Xəbər xətti