İranlı nazir Azərbaycana gəlir

12:02 29 Aprel 2024

İranın mədəniyyət və irşad naziri Məhəmməd Mehdi İsmaili Azərbaycana səfər edəcək.

Sitat.info xəbər verir ki, o, mayın 1-3-də Bakıda keçiriləcək VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna qatılacaq.

“Mən bu həftə keçiriləcək regional sammitdə iştirak etmək üçün tezliklə Azərbaycan Respublikasının paytaxtı Bakıya səfər edəcəyəm”, - nazir bildirib.

Məhəmməd Mehdi İsmaili səfər çərçivəsində Azərbaycan rəsmiləri ilə müxtəlif görüşlər keçirməklə yanaşı, qarşılıqlı mədəni əlaqə və əməkdaşlıq səviyyəsini artırmağa çalışacaqlarını da söyləyib.



Xəbər xətti