DSX əməkdaşı minaya düşdü

13:41 29 Aprel 2024

Bu gün Qazax rayonu ərazisində mina partlayışı baş verib.

Bu barədə Sitat.info-ya Qazax Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.

Bildirilib ki, mina partlayışı nəticəsində xəsarət alan şəxs artıq əməliyyat edilib, onun bir neçə ayaq barmağı amputasiya olunub.

Xəsarət alan şəxsin durumu stabildir.

Qeyd edək ki, mina partlayışı nəticəsində xəsarət alan şəxsin Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşı olduğu bildirilir.



Xəbər xətti