Ruslar Donetsk vilayətinin bu qəsəbəsini ələ keçirdilər

15:57 29 Aprel 2024

 
Rusiya Müdafiə Nazirliyi Donetsk vilayətindəki Semenovka qəsəbəsini nəzarətə götürdüklərini açıqlayıb.
Sitat.info xəbər verir ki, nazirlikdən verilən açıqlamada Rusiya hərbi qüvvələrinin Rusiya-Ukrayna müharibəsindəki fəaliyyətləri barədə məlumat verilib.

Rusiya ordusunun Ukraynada döyüşləri davam etdirdiyi bildirilən açıqlamada  deyilir: “Mərkəzi Qüvvələr Qrupunun bölmələri Donetsk Xalq Respublikasının Semenovka  qəsəbəsini azad edib”. 

Açıqlamada Ukrayna ordusuna məxsus pilotsuz uçuş aparatlarının (PUA) yığıldığı mərkəz və son 24 saat ərzində 22 PUA-nın vurulduğu bildirilib  :

“Hərbi əməliyyat başlayandan indiyədək 593 təyyarə, 270 helikopter, 23 min 609 PUA, 509 hava hücumundan müdafiə raket sistemi, 15 min 880 tank və zirehli texnika, 1275 çoxlüləli reaktiv yaylım atəşi sistemi, 9 min 209 haubitsa və minaatan., 387 Ukrayna ordusunun xüsusi hərbi maşın məhv edilib".

Məğrur,

Sitat.info



Xəbər xətti