Josep Borrell: Bir çox Aİ ölkələrinin Fələstin dövlətini tanıması gözlənilir

18:35 29 Aprel 2024

Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell may ayının sonuna qədər bir çox Avropa İttifaqı ölkələrinin Fələstin dövlətini tanımasını gözlədiklərini söyləyib.

Sitat.info xəbər verir ki, Borrell Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən Dünya İqtisadi Forumunda açıqlama verib.

O bildirib ki, bəzi Avropa İttifaqına üzv ölkələr Fələstini dövlət kimi tanıya bilər.

O, bunun üçün vaxt proqnozu da verib.

Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell bildirib ki, bəzi Aİ-yə üzv dövlətlər may ayının sonuna qədər Fələstini dövlət kimi tanımağa qərar verə bilərlər.

Kənan Yusif 

Sitat.info



Xəbər xətti