Kemeron HƏMAS-ı atəşkəslə bağlı təklifi qəbul etməyə çağırıb

21:50 29 Aprel 2024

Həmas İsrailin Qəzzada atəşkəslə bağlı təklifini qəbul etməlidir.

Sitat.info xəbər verir ki, bu barədə Britaniyanın xarici işlər naziri Devid Kemeron bildirib.

Onun sözlərinə görə, bu təklif HƏMAS-ın xeyrinədir:

"HƏMAS-a 200 gündən çox əsirlikdə qalan girovların azad edilməsi müqabilində 40 günlük davamlı atəşkəs, minlərlə fələstinli məhbusun azad edilməsi ilə bağlı çox səxavətli təklif verilib. Ümid edirəm ki, HƏMAS bu razılaşmanı qəbul edəcək", deyə o qeyd edib.

Türkan 

Sitat.info



Xəbər xətti