Peruda avtobus uçuruma düşüb: 23 nəfər ölüb

22:29 29 Aprel 2024

Peruda sərnişin avtobusu 200 metrlik uçuruma düşüb.

Sitat.info xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Hadisə nəticəsində 23 nəfər ölüb, 15 nəfər yaralanıb.

Verilən rəsmi məlumatda bəzi cəsədlərin Sendamal çayına düşmüş olması ehtimal edilir. Bununla da ölənlərin sayı arta bilər.

Türkan

Sitat.info



Xəbər xətti