İsrail ordusu Qəzzada daha 2 əsgərin öldüyünü açıqlayıb

23:03 29 Aprel 2024

İsrail ordusu Qəzza zolağında baş verən qarşıdurmalarda daha iki əsgərinin həlak olduğunu açıqlayıb.

Sitat.info xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Qeyd olunur ki, artilleriya batalyonundan İdo Aviv və Karmeli diviziyasından Kalkeidan Mehari Zal şəhid olub.

Qəzza zolağına hücumların başladığı 7 oktyabr 2023-cü ildən bu yana öldürülən İsrail əsgərlərinin sayı 264-ü quru işğalı prosesində olmaqla 608-ə yüksəlib.

Türkan

Sitat.info



Xəbər xətti