İranda xəbərdarlıq: Milyonlarla insan həlak olacaq

12:41 30 Aprel 2024

Hazırda İranda azı 10 milyon insan qəzalı və uçmaq təhlükəsi olan evlərdə yaşayır.

Sitat.info xəbər verir ki, bunu İran Yol və Şəhərsalma Nazirliyinin rəsmisi Məhəmməd Ayini deyib.

O bildirib ki, bu gün Tehran şəhərində 224 min qəzalı və təhlükəli bina mövcuddur.

Ayini zəlzələ baş verəcəyi təqdirdə qəzalı binaların çoxluğu səbəbindən milyonlarla insan tələfatı olacağı barədə xəbərdarlıq edib.



Xəbər xətti