Türkiyə DİN əməliyyat keçirdi

14:14 30 Aprel 2024

Türkiyənin 6 vilayətində keçirilən "Mahzen-35" əməliyyatlarında 6 ayrı mütəşəkkil cinayətkar dəstə çökdürülüb.

Sitat.info xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerliqaya "X" sosial şəbəkəsində məlumat verib.

Nazirin məlumatına görə, əməliyyatlar çərçivəsində mütəşəkkil cinayətkar dəstələrin üzvləri olan 46 şübhəli saxlanılıb.

Saxlanılan şəxslərin qumar oyunları oynayaraq insanlara borc adı altında pul verərək, yüksək faizlə geri tələb etdikləri, pulu ödəyə bilməyən şəxslərə silahlı hücumlar etdiyi, sələmçiliklə məşğul olaraq yüksək faizlə borclu vəziyyətinə saldıqları şəxslərin iş yerlərini və nəqliyyat vasitələrini zorla müsadirə edərək, öz adlarına keçirdikləri, təzyiq, zor və zorakılıq yolu ilə haqsız üstünlük əldə etdikləri, əyləncə məkanlarında insanları tələyə salaraq, şantaj və silah yolu ilə həmin şəxslərdən külli miqdarda pul aldıqları, eləcə də, narkotik vasitələr və silah alveri ilə haqsız qazanc əldə etdikləri müəyyən edilib.

Keçirilən əməliyyatlar nəticəsində 30 ədəd sənədsiz tapança, 2 ədəd ov tüfəngi, avtomat silah, müxtəif miqdarda narkotik vasitə və külli miqdarda türk lirəsi ələ keçirilib.



Xəbər xətti