2023-cü il oktyabrın 7-dən İsrailin Qəzza zolağına etdiyi hücumlarda ən azı 10 mindən çox insanın dağıntılar altında itkin düşdüyü bildirilir.
Sitat.info xəbər verir ki, mövzu ilə bağlı Qəzza Mülki Müdafiə Müdirliyindən yazılı açıqlama verilib.
Açıqlamada, İsrailin hücumlarına başladığı 7 oktyabrdan bəri dağıntılar altında hələ də 10 mindən çox adamın itkin düşdüyü və qrupların bu şəxsləri tapa bilməməsi səbəbi ilə həmin şəxslərin Səhiyyə Nazirliyinin açıqladığı ümumi ölənlərin sayına daxil edilmədiyi qeyd olunub.
Açıqlamada Qəzzada itkin düşənlər də daxil olmaqla ölənlərin ümumi sayının 44 mini keçdiyi qeyd edilib.
Kənan Yusif
Sitat.info