İsrail ordusu Qəzzada daha 2 əsgərin öldüyünü açıqlayıb

19:15 30 Aprel 2024

İsrail ordusu Qəzza zolağında baş verən qarşıdurmalarda daha iki əsgərinin həlak olduğunu açıqlayıb.

Sitat.info xəbər verir ki, İsrail ordusunun internet saytından verilən açıqlamada Qəzzanın mərkəzində baş verən qarşıdurmalarda Topçu Batalyonundan İdo Aviv və Karmeli Diviziyasından Kalkeidan Mehari Zalın həlak olduğu bildirilib.

Qeyd edək ki, Qəzza zolağına hücumların başladığı 7 oktyabr 2023-cü ildən bu yana öldürülən İsrail əsgərlərinin sayı 264-ü quru işğalı prosesində olmaqla 608-ə yüksəlib.

Kənan Yusif 

Sitat.info



Xəbər xətti