Rusiyada zəlzələ baş verib

09:41 1 May 2024

Sakit okeanda Rusiya Saxalin vilayətindin Cənubi Kuril adaları yaxınlığında 3,6 bal gücündə zəlzələ qeydə alınıb.

Sitat.info xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Birləşmiş Geofizika Xidmətinin Saxalin filialından bildiriblər.

Məlumata əsasən, zəlzələnin episentri Malokurilskoye kəndindən (Şikotan adası) 17 km cənubda olub. Yeraltı təkanların ocağı 42 km dərinlikdə yerləşib.

Bildirilib ki, Malokurilskdə seysmik hadisə iki-üç bal gücündə hiss olunub. Sunami xəbərdarlığı elan edilməyib, heç kim xəsarət almayıb və dağıntı olmayıb.



Xəbər xətti