Ukrayna ordusu bu mövqeləri geri qaytardı

12:17 1 May 2024

Ukrayna hərbçiləri aprelin 30-da döyüşlər zamanı Kremennoy yaxınlığında itirilmiş mövqelərinin bir qismini geri qaytarıb.

Sitat.info xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Araşdırılması İnstitutu məlumat yayıb.

Məlumata görə, Ukrayna ordusu Yampolovkanın şərqindən irəliləyərək itirilmiş mövqelərini geri qaytarıb.

Qeyd olunub ki, Kupyansk-Svatovo-Kremennoy istiqamətində rusların Ukrayna ordusunun müdafiəsini yarmaq cəhdləri davam edir.



Xəbər xətti