İran hökuməti Əfqanıstanla sərhədin çəkilməsi planını həyata keçirmək üçün bölgəyə 4 mühəndis qrupu göndərib.
Axar.az xəbər verir ki, bu barədə İran Ordusunun Quru Qoşunlarının şimal-şərq bölgəsinin hazırlıq və dəstək komandiri Həsən Mukəffi məlumat yayıb.
Onun sözlərinə görə, planda 4 metrlik beton divarın tikintisi, tikanlı məftillərin və hasarların çəkilməsi nəzərdə tutulub.