Ermənistanın Sünik (Zəngəzur) vilayətində 14 yaşlı yeniyetmə minaya düşüb.
Sitat.info xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, o, tarlada ot biçən zaman mina partlayıb. Nəticədə sinəsindən, sifətindən və sol qolundan xəsarət alıb.