İslam Əməkdaşlıq Təşkilatı Qambiyada toplaşacaq

13:26 2 May 2024

İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin hər 3 ildən bir təşkil etdiyi sammit bu il mayın 4-5-də Qərbi Afrikanın ən kiçik ölkəsi olan Qambiyada keçiriləcək.

Sitat.info xəbər verir ki, İsrailin işğalı altında olan Qüdsdə Məscidül-Əqsanın 21 avqust 1969-cu ildə avstraliyalı radikal yəhudi tərəfindən yandırılmasından sonra İslam dünyasında yaranan reaksiyalar üzərinə ilk dəfə 25 sentyabr 1969-cu ildə Mərakeşin paytaxtı Rabatda İslam Zirvə Konfransı keçirilib və  "İslam Konfransı Təşkilatı" yaradılıb. 

Xarici İşlər Nazirləri Şurasının (DBK) 2011-ci ilin iyununda Astanada keçirilən 38-ci iclasında təşkilatın adı dəyişdirilərək "İslam Əməkdaşlıq Təşkilatı" adlandırılıb.

Kənan Yusif 

Sitat.info



Xəbər xətti