Mayın 2-si saat 08:00-a olan məlumata əsasən Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi əsir.
Bu barədə Sitat.info-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Hazırda küləyin sürəti bəzi yerlərdə 20-25 m/s-yə çatır. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2,3 mertdir.
Müşahidə olunan küləkli hava şəraitinin mayın 3-ü axşamadək fasilələrlə davam edəcəyi gözlənilir.
***
Mayın 2-si saat 16:00-a olan məlumata əsasən əvvəlcədən xəbər verildiyi kimi, şimal-qərb küləyi Bakıda və Abşeron yarımadasında 24 m/s, Goranboyda 19 m/s, Naftalanda 18 m/s-dək güclənib.
Ə
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2.4 metrdir.
Daşkəsən, Gədəbəydə arabir yağış yağıb. Qrız, Şəmkirdə duman müşahidə olunub.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 21, Naxçıvan MR-da 26, Aran rayonlarında 27, dağlıq rayonlarda 20, yüksək dağlıq ərazilərdə isə 8 dərəcəyədək isti olub.