"Rusiya Paşinyanı devirmək niyyətindədir" - Sərdar Cəlaloğlu

16:31 2 May 2024

Rusiyanın Ermənistanda müxalif kəsimi Paşinyana qarşı qaldırmaqda məqsədi onu devirməkdir.

Bu sözləri Sitat.info-ya açıqlamasında ADP sədri Sərdar Cəlaloğlu deyib ki, Ermənistandakı vəziyyət Rusiya tərəfindən nəzarət və təşkil olunan bir vəziyyətdir.

"Burda iki ciddi məqsəd var. Birincisi Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin bağlanmasını ləngitmək, ikitərəfli razılaşmaların qarşısını almaq. İkincisi Paşinyanı hakimiyyətdən devirmək. Onun hakimiyyətdə qalması, Ermənistan və Azərbaycanın tezliklə sülh müqaviləsinin imzalanması ilə nəticələnəcək."

Sədrin sözlərinə görə, Rusiya Ermənistan və Qərblə ciddi şəkildə mübarizə aparır. 

"Hələlik güc nisbəti Amerikadadır. Ermənistan hakimiyyəti faktiki olaraq qərbpərəst bir siyasət yürüdür. Müxalifətin Paşinyana qarşı çıxması cəmiyyətə təsir etsə də, Amerika asanlıqla Paşinyanı ruslara yedirməyəcək."

Sərdar Cəlaloğlu qeyd edib ki, bunlara baxmayaraq Paşinyan inadlı, özünə arxayın bir şəkildə addımlar atır.

Türkan 

Sitat.info



Xəbər xətti