Haniyə: HƏMAS-ın nümayəndə heyəti Misirə gedəcək

20:58 2 May 2024

HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə bildirib ki, HƏMAS-dan nümayəndə heyəti Qəzza zolağında atəşkəs danışıqlarını başa çatdırmaq üçün Misirə səfər edəcək.

Sitat.info xəbər verir ki, HƏMAS-ın verdiyi yazılı açıqlamaya görə, HƏMAS Siyasi Bürosunun sədri İsmayıl Haniyə Misir Kəşfiyyat İdarəsinin rəisi Abbas Kamil ilə telefon danışığında İsrailin Qəzzaya hücumlarının sona çatması ilə bağlı danışıqları müzakirə edib.

Haniyə, HƏMAS-ın danışıqlar qrupunun Fələstin xalqının tələblərinə cavab verəcək və İsrailin hücumlarına son qoyacaq bir razılaşmanın formalaşdırılması üçün davam edən danışıqları başa çatdırmaq üçün ən qısa zamanda Misirə gələcəyini bildirib.

Kənan Yusif 

Sitat.info



Xəbər xətti