"Pikap" tələbələrin üstünə çıxdı: 29 yaralı

22:17 2 May 2024

Qırğızıstanda pikap tədbir üçün toplaşan tələbələrin üstünə çıxıb.

Sitat.info xəbər verir ki, qəzada 29 nəfər xəsarət alıb.

Qırğızıstan Səhiyyə Nazirliyinin açıqlamasında 1-i müəllim, 17-si tələbə olmaqla 18 nəfərin xəstəxanaya yerləşdirildiyi, 11 şagirdə isə ambulator tibbi yardım göstərildiyi deyilib.

Uşaqların 9-16 yaşları arasında olduğu, xəsarət alan 3 uşağın vəziyyətinin ağır olduğu bildirilib.

Qeyd olunub ki, yük maşını dayanarkən qəfil hərəkət edib və içəridə sürücü olmayıb. Qəza ilə bağlı araşdırmalara başlanılıb.

 



Xəbər xətti