Rusiyada daşqınlardan zərər çəkən evlərin sayı azalıb

22:34 2 May 2024

Rusiyada yaz daşqınlarından zərər çəkən yaşayış binalarının sayı son 24 saat ərzində 783 ədəd azalaraq 6308-ə enib.

Sitat.info xəbər verir ki, bu barədə TASS bildirib.

"Rusiyada son 24 saat ərzində 10 yaşayış məntəqəsi və 6 bağçada 783 yaşayış binası sudan təmizlənib. Mayın 2-də su basmış yaşayış binalarının ümumi sayı 6308-dir", - məlumatda qeyd olunur.

Mənbə əlavə edib ki, daşqından zərər çəkmiş təsərrüfat sahələrinin sayının azalması tendensiyası da davam edir. Hazırda 20 749 təsərrüfat sahəsi suyun altındadır ki, bu da dünənlə müqayisədə 1518 ədəd azdır.

Türkan

Sitat.info



Xəbər xətti