BMT: Qəzzanın yenidən qurulması 80 il çəkəcək

22:48 2 May 2024

Qəzzada İsrailin bombardmanları nəticəsində dağılan evlərin yenidən qurulması 80 ilə qədər çəkə bilər.

Sitat.info xəbər verir ki, bu barədə BMT-nin dərc etdiyi hesabatda yazılır.

Məlumata görə, əgər regionda vəziyyət əvvəlki münaqişələrdə olduğu kimi oxşar proseslə davam edərsə, Qəzza zolağının yenidən qurulması növbəti əsrdə başa çatacaq.

İsrailin 7 aydır davam edən bombardmanlarının milyardlarla dollar ziyana səbəb olduğu bölgədə təxminən 80 min ev dağıdılıb. 

Qəzza əhalisinin yoxsulluq göstəricilərinə diqqət çəkən hesabata görə, hücumlar 9 ay davam edərsə, yoxsulluq nisbətinin 38,8 faizdən 60,7 faizə yüksəlməsi gözlənilir.

Türkan 

Sitat.info



Xəbər xətti