Fransa prezidenti Emmanuel Makronun Ukraynaya qoşun yeritmə ehtimalının olduğunu təkrar etməsi təhlükəlidir.
Sitat.info xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.
Makronun Fransanın Ukraynaya qoşun göndərə biləcəyini təkrarlaması ilə bağlı suala Peskov belə cavab verib:
"Bu bəyanat çox mühüm və təhlükəlidir. Fransa Ukrayna məsələsinə birbaşa qarışmaq imkanları ilə bağlı bəyanatlar verməkdə davam edir. Bu, çox təhlükəli tendensiyadır. Biz bunu diqqətlə izləyirik. Biz Ukraynada bütün məqsədlərimizə çatana qədər xüsusi hərbi əməliyyatı davam etdiririk və davam etdirəcəyik”.
Rusiya əsgərlərinin Qərbi Afrikada Nigerdəki ABŞ bazasına yerləşdirildiyi xəbərinə işarə edən sözçüsü Peskov deyib: "Müdafiə də daxil olmaqla, müxtəlif Afrika dövlətləri ilə əlaqələrimizi hər sahədə inkişaf etdiririk. Bu dövlətlər də, biz də bu mövzuda maraqlıyıq. Afrika dövlətləri ilə əlaqələrimizi inkişaf etdiririk”.
Məğrur,
Sitat.info