Türkiyə Qəzza zolağında atəşi dayandırana və bölgəyə humanitar yardımın maneəsiz çatdırılmasını təmin edənə qədər İsrailə qarşı ticarət sanksiyaları ilə bağlı qərara əməl edəcək.
Sitat.info xəbər verir ki, bunu Türkiyənin ticarət naziri Ömər Bolat deyib.
“Türkiyə Qəzzada dərhal atəşkəs elan edənə və bölgəyə humanitar yardımın maneəsiz çatdırılmasını təmin edənə qədər İsraillə ticarəti kəsmək barədə mayın 2-də verdiyi qərara əməl edəcək”, - o bildirib.
Qeyd edək ki, Türkiyə İsrail ilə idxal-ixrac əməliyyatlarını tam dayandırıb.
//Axar.az