Bəzi sosial şəbəkə istifadəçiləri Azərbaycan Silahlı Qüvvələrinin Tavuş istiqamətində Ermənistan ordusunun mövqelərini atəşə tutması barədə məlumatlar yayıblar. Yayılan məlumatlar yalandır və həqiqətə uyğun deyil.
Sitat.info Axar.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın Müdafiə Nazirliyindən məlumat verilib.
Ermənistan Müdafiə Nazirliyi ictimaiyyəti qurum tərəfindən açıqlanan rəsmi məlumatlara əsaslanmağa çağırıb.