Moskva-Orenburq reysi ilə uçan təyyarə radarlardan itdi

16:46 6 May 2024

Moskva-Orenburq reysini həyata keçirən “Nordwind” aviaşirkətinə məxsus “Aerobus A321” sərnişin təyyarəsi “Flightradar” uçuş izləmə xidmətinin xəritəsindən itib.

Sitat.info xəbər verir ki, təyyarə xəritədə yoxa çıxmazdan əvvəl təcili siqnal verib və Nijni Novqorod vilayəti üzərindən Moskvaya tərəf dönüb.

Təyyarənin 3 min metr hündürlüyədək endiyi bildirilib. Ümumilikdə təyyarə 30 dəqiqə uçuşda olub.



Xəbər xətti