Rusiya dəvət göndərib, qərar verməmişik - AB

17:00 6 May 2024

Avropa diplomatiyasının rəhbəri Jozep Borrell AB nümayəndələrinin Vladimir Putinin andiçmə mərasimində iştirakının əleyhinədir, lakin hazırda vahid mövqe formalaşmayıb.

Sitat.info xəbər verir ki, bunu AB-nin diplomatik xidmət nümayəndəsi Piter Stano deyib.

Onun sözlərinə görə, andiçmə mərasiminə Kreml tərəfindən göndərilən dəvətlər AB ölkələrinin Moskvadakı nümayəndəliklərinə çatdırılıb:

“Hazırda AB-yə üzv dövlətlərlə cavabımızın formasını müzakirə edirik. Biz həmişə xarici siyasətdə mümkün olan hər yerdə koordinasiyalı AB yanaşması göstərməyə çalışırıq. Yekun qərar hələ verilməyib”.

Qeyd edək ki, Putinin andiçmə mərasimi sabah - 7 mayda Moskvada keçiriləcək.



Xəbər xətti