Taylandda rekord temperatur: 38 nəfər ölüb

21:08 6 May 2024

Cənubi Asiya ölkəsi Taylandda istilər nəticəsində 38 nəfər ölüb.

Sitat.info xəbər verir ki, bu barədə Tayland Meteorologiya Departamenti məlumat yayıb.

Ölənlərin əksəriyyətinin açıq havada işləyənlər, xəstəlikləri olan insanlar və yaşlılardan ibarət olduğu bildirilib.

Məlumata görə, paytaxtda tarixdə ən isti aprel ayı olub və hiss olunan temperaturun bəzi yerlərdə 54 dərəcəyə çatdığı qeydə alınıb.

İsti dalğanın yay mövsümünün son günlərinə qədər təsir edəcəyi, Taylandlılara və ölkəyə gələn turistlərə bir həftə ərzində günorta saatlarında lazım olmadıqca çölə çıxmamaları, bol maye içmələri barədə xəbərdarlıq edib.

Türkan

Sitat.info



Xəbər xətti