Misir İsrailin Fələstinin Misir sərhədinə bitişik olan Rəfah şəhərinə qarşı mümkün əməliyyatı nəticəsində bir milyondan çox fələstinlini təhdid edən "böyük humanitar risklərin" ola biləcəyi barədə xəbərdarlıq edərək, mülayim olmağa çağırıb.
Sitat.info xəbər verir ki, Misir Xarici İşlər Nazirliyindən verilən açıqlamada, İsrailin Rəfah şəhərində mümkün əməliyyatı "eskalasiya aktı" olaraq xarakterizə edilib.
Bəyanatda, Rəfaha qarşı əməliyyatın bölgədəki bir milyondan çox fələstinlini təhdid edən “böyük humanitar risklər”ə səbəb olacağı bildirilib və aşağıdakılar qeyd edilib:
“Misir İsraili maksimum təmkin nümayiş etdirməyə, atəşkəs danışıqlarının bu son dərəcə həssas dövründə gərginliyin daha da artmasına yol verməməyə və Qəzzada müharibə başlayandan bəri görünməmiş humanitar fəlakətlə üzləşmiş Fələstin mülki vətəndaşlarının qanının tökülməsinin qarşısını almağa çağırır".
Kənan Yusif
Sitat.info