Sərhədimizdə partlayış olacaq - Xəbərdarlıq

12:02 7 May 2024

Bu gün saat 12:00-da Tavuş rayonunun Kirants qəsəbəsindən (Azərbaycanla sərhəd – red.) 1800 m şimalda 1 (bir) partlayış baş verəcək.

Sitat.info Axar.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan MN-in xəbərdarlığında bildirilib.

“Qonşu ərazilərdə yaşayan sakinlərdən xahiş olunur ki, diqqətli olsunlar və panikaya düşməsinlər”, - xəbərdarlıqda vurğulanıb.

Qeyd edək ki, demarkasiya işləri çərçivəsində Ermənistan kəndlərimizdəki minaların təmizlənməsini və zərərsizləşdirilməsini həyata keçirir.



Xəbər xətti