Bolqarıstan Prezidenti Rumen Radev mayın 8-də Azərbaycana rəsmi səfər edəcək.
Sitat.info xəbər verir ki, səfər zamanı Azərbaycan ilə Bolqarıstan arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsinə dair birgə bəyannamənin imzalanması planlaşdırılır.
R.Radevin Bakıya səfərinin məqsədi qarşılıqlı maraq doğuran sahələrdə, o cümlədən iqtisadiyyat, enerji, yüksək texnologiyalar, innovasiyalar, nəqliyyat və turizm sahələrində ikitərəfli strateji tərəfdaşlığı gücləndirmək və dərinləşdirməkdir.