Paşinyan sabah Putinlə görüşəcək

13:50 7 May 2024

Baş nazir Nikol Paşinyan sabah Moskvaya yola düşəcək.

Sitat.info xəbər verir ki, bu barədə Ermənistan lideri mayın 7-də İrəvanda keçirdiyi mətbuat konfransında bildirib.

Mətbuat konfransı zamanı Paşinyan Avrasiya İqtisadi İttifaqının iclasına sədrlik edəcəyini, daha sonra isə Rusiya Prezidenti Vladimir Putinlə görüşü olacağını söyləyib.

"Biz münasibətlərimizin bütün gündəmini müzakirə edəcəyik", - erməni baş nazir deyib.



Xəbər xətti