Moskvada hər il Qələbə günü tədbirlərində iştirak etməyə məcbur deyiləm.
Sitat.info xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan mətbuat konfransında çıxışında deyib.
“Moskvadakı 9 May tədbirində olmuşam və düşünmürəım ki, hər il iştirak etməliyəm. Ermənistan liderinin hər il mayın 9-da keçirilən tədbirdə iştirak etdiyini xatırlamıram. Hətta Ermənistan və ya hər hansı ölkə liderinin hər il paradda iştirak etməsi təəccüblü olardı”, - Paşinyan bildirib.