Kuba Prezidenti Moskvaya gəldi

17:05 7 May 2024

Kuba Prezidenti Migel Dias-Kanel Moskvaya gəlib, onun təyyarəsi paytaxtın hava limanlarından birinə enib.

Sitat.info xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

“Kuba liderinin mayın 9-da Qırmızı Meydanda keçiriləcək Qələbə paradına qatılacağı gözlənilir. Dias-Kanel mərasimdə iştirak etdikdən sonra Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar aparacaq. Rusiya və Kuba lideri çoxşaxəli ikitərəfli əlaqələrin bütün spektrini müzakirə edəcək. Danışıqlar iki raundda baş tutacaq: əvvəlcə dar tərkibdə, sonra nümayəndə heyətləri prezidentlərə qoşulacaq”, - məlumatda deyilir.



Xəbər xətti