Qırğızıstan-Tacikistan sərhədində atışma

18:00 7 May 2024

Qırğızıstan-Tacikistan sərhədində odlu silahdan istifadə ilə bağlı insident baş verib.

Axar.az xəbər verir ki, bu barədə Qırğızıstan Sərhəd Xidməti məlumat yayıb.

Məlumata görə, bu gün saat 12:00-da (Bakı vaxtı ilə 10:00) Ak-Bosoqo kəndi yaxınlığında sərhədçilər tacik çobanların Qırğızıstan ərazisində mal-qara otardığını müşahidə ediblər.

“Tacikistan vətəndaşları Qırğızıstan ərazisini tərk etmək tələblərinə məhəl qoymayaraq hərbçilərə daş atmağa başlayıblar. Sərhədçilər xəbərdarlıq atəşi açdıqdan sonra çobanlar Qırğızıstan ərazisini tərk edib. Qarşıdurma zamanı çobanlardan biri ayağından yaralanıb, hərbçilər arasında itki yoxdur. Hazırda bölgədə vəziyyət sabitdir”, - məlumatda qeyd olunub.



Xəbər xətti