Güclü tornado Oklahoma ştatında onlarla evi dağıdıb

20:18 7 May 2024

ABŞ-ın Oklahoma ştatında güclü tornado baş verib.

Sitat.info xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Məlumata görə, təbii fəlakət səbəbindən ağaclar və elektrik xətləri aşıb, 30-40 ev zərər görüb, qaz sızması səbəbindən bir qocalar evi təxliyə edilib. Fövqəladə Hallar İdarəsi, qasırğanın uçurduğu dağıntılar səbəbindən bir çox yolun bağlandığını, 1 nəfərin öldüyünü açıqlayıb.

Türkan

Sitat.info



Xəbər xətti