Si Cinpin Serbiyada səfərdədir

09:21 8 May 2024

Çin Xalq Respublikasının Sədri Si Cinpin Fransadan sonra Serbiyaya səfər edib.

Sitat.info xəbər verir ki, Çin rəhbərini Belqrad aeroportunda Serbiya prezidenti Aleksandr Vuçiç, Baş nazir və parlamentin sədri qarşılayıb. Bu, Çin rəhbərinin son 8 ildə Belqrada ilk səfəridir.

Si Cinpinin rəhbərlik etdiyi nümayəndə heyətinə 400-dən artıq şəxs daxildir. Rəsmi görüşlər səhər başlayacaq.

Çin nümayəndələrinin təhlükəsizliyini 6500 polis əməkdaşı qoruyur.



Xəbər xətti