805-ci gün: Rusiyanın itkiləri yeniləndi

09:46 8 May 2024

Ukrayna müharibənin 805-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib.

Sitat.info xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.

Məlumata əsasən, Rusiya indiyə qədər 477 430 hərbçi, 7 418 ədəd tank, 14 246 ədəd zirehli döyüş maşını, 12 317 ədəd artilleriya sistemi, 1 057 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 792 hava hücumundan müdafiə sistemi, 349 ədəd hərbi təyyarə, 325 ədəd helikopter, 16 549 ədəd avtomobil texnikası, 9 928 ədəd PUA, 2 151 qanadlı raket, 26 gəmi/kater, 1 sualtı qayıq, 2 019 xüsusi avadanlıq itirib.



Xəbər xətti