Yasamalda 73 yaşlı kişi özünü asaraq intihar edib.
Bu barədə Sitat.info-ya Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, 1951-ci il təvəllüdlü Bakı şəhəri, Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsi, ev 52 ünvanında qeydiyyatda olmaqla yaşamış Məhərrəmov Məhərrəm Hüseyn oğlu 07.05.2024-cü il tarixdə saat 16 radələrində yaşadığı evin həyətyanı sahəsinin döşəməsindən 3 metr hündürlükdə olan dəmir boruya bərkitdiyi elektrik naqili ilə özünü asaraq intihar edib. İlkin ehtimallara görə uzun müddətdir maddi imkansızlıqdan əziyyət çəkməsi səbəbindən son zamanlar özünə qapanıb və intihar edib.
Faktla bağlı araşdırma aparılır.