İsrail əsgərləri 22 nəfəri həbs edib

11:32 8 May 2024

İsrail ordusu işğal altındakı İordan çayının qərb sahilində gecə basqınlarında 22 nəfəri saxlayıb.

Sitat.info xəbər verir ki, Ramallahdakı Fələstin administrasiyasına bağlı Fələstin Məhbuslar Dərnəyi ilə Fələstin Azadlıq Təşkilatına (FAT) bağlı Əsir və Azad Heyətinin birgə bəyanatına əsasən, İsrail ordusunun İordan çayının qərb sahilində basqınları və fələstinlilərə qarşı həbsləri davam edir.

Açıqlamaya görə, dünən gecədən etibarən İsrail ordusunun İordan çayının qərb sahilində ən azı 22 nəfəri daha həbs etməsi ilə oktyabrın 7-dən bu yana həbs olunan fələstinlilərin sayı 8610-a yüksəlib.

Kənan Yusif 

Sitat.info



Xəbər xətti