Təl-Əviv rəhbərliyinin Qəzzalıların sığındığı Rəfah şəhərinə qurudan hücuma qərar verməsindən sonra keçən həftə ABŞ-ın İsrailə bomba göndərişinin dayandırıldığı iddia edilib.
Sitat.info xəbər verir ki, ABŞ mətbuatında çıxan xəbərlərə görə, məxfilik səbəbiylə adının açıqlanmasını istəməyən yüksək səviyyəli bir məmur daşıma ilə bağlı açıqlamalar verib.
Rəsmi İsrailə göndərilənlərin 1800 ədəd 900 kiloqramlıq və 1700 ədəd 225 kiloqramlıq bombadan ibarət olduğunu və bu bombaların sıx məskunlaşan bölgələrdə necə istifadə ediləcəyindən narahat olduqlarını iddia edib.
İsrailin qurudan Rəfaha hücum etmək qərarına gəldikdən sonra keçən həftə ABŞ-ın daşınmaların dayandırılmasına qərar verdiyini iddia edən rəsmi, daşınmanın sonradan həyata keçirilib-keçirilməyəcəyinin aydın olmadığını bildirib.
Kənan Yusif
Sitat.info