Britaniya silahlarının Ukrayna tərəfindən Rusiya ərazisinə qarşı istifadə ediləcəyi təqdirdə Britaniya hərbi obyektlərini vura biləcəyini deyən Moskva, indi də Fransaya xəbərdarlıq edib.
Sitat.info xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bu gün keçirdiyi mətbuat konfransında bu sözləri deyib: “Əgər fransızlar münaqişə zonasında görünmək istəsələr, Rusiya ordusunun hədəfinə çevrilmələri qaçılmaz olacaq”.
Qeyd edək ki, Fransa prezidenti Emmanuel Makron fevral ayında verdiyi açıqlamada gələcəkdə Ukraynaya fransız əsgərlərinin göndərilməsini istisna etmədiklərini və müzakirələr apardıqlarını bildirmişdi.
Rusiya tərəfindən verilən açıqlamada, Fransa prezidenti Emmanuel Makronun Ukraynaya əsgər göndərəcəyi təqdirdə, fransız əsgərlərinin Rusiya ordusunun “qanuni” hədəfinə çevriləcəyi bildirilib.
Zaharova hesab edir ki, bu Makronun Rusiya üçün bir növ "strateji qeyri-müəyyənlik" yaratmaq istəyinin ifadəsidir. Qarşıdurma bölgəsinə gələn fransız əsgərlər rus ordusunun hədəfinə çevriləcəklər"
Bundan öncə isə Rusiya bəyan etmişdi ki, Ukrayna Rusiyanı vurmaq üçün Britaniyanın verdiyi uzaqmənzilli raketlərdən istifadə edərsə, Britaniyanın Ukraynadakı və Ukraynadan kənardakı hərbi obyektlərinə hücum edə bilər.
Nərgiz,
Sitat.info