Zelenskiyə sui-qəsdin qarşısı alındı! İki ukraynalı polkovnik saxlanıldı

18:28 8 May 2024

Ukrayna kəşfiyyatı Rusiyanın Ukrayna prezident Vladimir Zelenski və digər yüksək rütbəli hərbçilərə qarşı sui-qəsd planının qarşısının alındığını açıqlayıb. İki ukraynalı polkovnik Rusiya kəşfiyyatına məxfi məlumat verməkdə şübhəli bilinərək saxlanılıb.

Sitat.info yerli mediaya istinadən xəbər verir ki, bu barədə Ukrayna Dövlət Təhlükəsizlik Xidməti məlumat yayıb.

Ukrayna prezidenti Vladimir Zelenskiyə qarşı sui-qəsdin qarşısı alındığı açıqlanıb. Məsələ ilə bağlı yüksək rütbəli məmurları qoruyan iki polkovnik saxlanılıb.

Bu iki şəxsin Rusiya Federal Təhlükəsizlik Xidmətinin hazırladığı planı həyata keçirməyə çalışdığı iddia edilib. Açıqlamada polkovniklərin Rusiyanın 2022-ci ilin fevralında Ukraynaya geniş miqyaslı işğalından əvvəl vəzifəyə keçdikləri bildirilib və sui-qəsd planının təfərrüatları da paylaşılıb.

Plana görə, polkovniklər Zelenskini girov götürüb sonradan öldürəcəkdilər.  Rusiyanın Zelenskini öldürmək cəhdləri ilə bağlı iddialar yeni deyil, çünki Zelenski 2022-ci ildə ona qarşı ən azı 10 sui-qəsd cəhdinin olduğunu demişdi. 

Məğrur,

Sitat.info



Xəbər xətti